“SMART-KART” TİPLİ SAYĞACLAR TƏTBİQ EDİLİR
Bakı, 7 aprel (AZƏRTAC). “Smart-kart” tipli sayğaclar həm elektrik enerjisinin istehsalı, həm də ötürülməsi və paylanması sahəsində tətbiq edilir.
"Azərenerji" ASC-dən verilən məlumatda bildirilir ki, bu sayğacların tətbiqi ödənişdə şəffaflığın təmin olunmasına xidmət etməklə yanaşı, elektrik enerjisindən qeyri-qanuni istifadənin qarşısının alınmasına da imkan yaradır. Abonentin elektrik enerjisi almaq üçün karta yüklədiyi pul vəsaitinin məbləği sayğacın yaddaşında qalır, elektrik enerjisi sərfiyyatı və qalıq məbləğ barədə məlumatlar displeydə daim görünür. Bu isə istehlakçının elektrik enerjisindən səmərəli istifadə etməsi üçün mühüm amildir.
Elektrik enerjisindən qeyri-qanuni istifadə edilməsi hallarını aşkarlamaq da kart tipli sayğacların özəl xüsusiyyətlərindəndir. Sayğac belə halları özündə əks etdirir və itirilmiş elektrik enerjisinin hesabatını müstəqil olaraq aparır. Bu müasir qurğuların gələcəkdə avtomatik idarəetmə sisteminə qoşulması da mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:41]
Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb
- 09.06.2026 [12:17]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib
- 09.06.2026 [12:11]
Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır
- 09.06.2026 [12:05]