“SMS Banking” xidmətini təkmilləşdirib
Bakı, 5 fevral, AZƏRTAC
“MilliKart” MMC mobil nömrə daşınması xidmətindən yararlanan kart istifadəçilərinin əməliyyatları haqqında SMS-xəbərdarlıqları fasiləsiz almaları üçün “SMS Banking” xidmətini təkmilləşdirib.
MMC-dən AZƏRTAC-a verilən məlumata görə, artıq kart sahiblərinin mobil operatoru dəyişdiyi zaman əməliyyatlarını təsdiq etmələri üçün birdəfəlik şifr mobil telefon nömrəsinə problemsiz çatdırılacaq. Bunun üçün müştəri “CHANGE OTP” (operator) mesajını 8893 qısa nömrəsinə göndərməlidir.
Banklar isə veb interfeys vasitəsilə “Edit” menyusunda “SMS Channel” dəyişdirməklə müştərilərinin birdəfəlik şifrini almasını təmin edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]