“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinala vəsiqə qazanıb
Bakı, 8 avqust, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaq.
Növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.