“SOCAR–2010, Təbiətlə harmoniyada” kitabının elektron variantı istifadəyə verilmişdir
Bakı, 12 oktyabr (AZƏRTAC). “SOCAR-2010, Təbiətlə harmoniyada” kitabının elektron variantı oxucuların istifadəsinə verilmişdir.
ARDNŞ-in Ekologiya İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, kitabda ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni neft-qaz strategiyası haqqında məlumatlara, müasir dövrümüzün ən qlobal problemlərindən biri hesab olunan ekoloji tarazlığın təmin edilməsi və insan sağlamlığının qorunması kimi məsələlərə xüsusi önəm verilmişdir.
352 səhifə, 4 fəsil və 15 bölmədən ibarət olan kitabda, həmçinin neft-qaz hasilatı və emalı nəticəsində ətraf mühitə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində ARDNŞ tərəfindən son illər yerinə yetirilən mühüm ekoloji layihələr, “Ekoloji siyasət” sənədi və şirkətin ekoloji emblemi haqqında dolğun məlumatlar verilmişdir.
Qeyd edək ki, “SOCAR-2010, Təbiətlə harmoniyada” kitabının elektron variantı qurumun saytında ( http://socar.az/eco/view.php ) yerləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]