“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir
Bakı, 7 fevral, AZƏRTAC
“SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların xilasetmə nəqliyyat vasitələrini pulsuz benzin və dizellə təmin edir.
Bu barədə AZƏRTAC “SOCAR Türkiyə”yə istinadla xəbər verir. Şirkət zəlzələ bölgəsində yaşayan Azərbaycan vətəndaşlarının təxliyəsi çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinə dəstək göstərir.
“SOCAR Türkiyə” AFAD-a 6,4 milyon lira məbləğində əsas tələbat malları təhvil verib, 3,5 milyon lira isə bağışlayıb, Miqrasiya İdarəsi Müdirliyinin göstərişi ilə bölgəyə çatdırılacaq 500 min lira dəyərində materialı təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]