“Socialbakers”in araşdırmalarına görə “Azercell”in “Facebook” statusu Azərbaycanda ən populyardır
Bakı, 29 dekabr, AZƏRTAC
ABŞ-ın “Socialbakers” şirkətinin apardığı araşdırmaya görə, bu ilin oktyabr ayında ölkə brendləri arasında “Azercell” şirkətinin rəsmi “Facebook” səhifəsindən yayılan status populyar olub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Azercell”dən 2 nəfərə 20 manat hədiyyə!” başlıqlı status 5 minə yaxın istifadəçi tərəfindən bəyənilib, 2600-dən çox şərh yazılıb, 100-dən çox paylaşımı olub. Ümumilikdə bu post 8 minə yaxın istifadəçini əhatə edib.
Şirkətin hazırda 395 minə yaxın təqibçisi var və onların 90 faizi yerli istifadəçilərdir. Hər gün “Azercell” səhifəsinə 200 nəfərdən çox qoşulur. Səhifənin fanları arasında Türkiyə, Rusiya və digər ölkələrdən olanlar da var. Ölkə üzrə brendlərin siyahısında “Azercell” ikinci yerdə qərarlaşıb.
Şirkətdən bildiriblər ki, “Azercell Telekom”un rəsmi FB səhifəsi bu şəbəkədə digər göstəricilərinə görə də liderdir. Bu ilin üçüncü rübünün nəticələrinə əsasən, səhifədə istifadəçilərin verdiyi sualların 99 faizi cavablandırılıb. Şirkətin sosial şəbəkələrdə aktiv fəaliyyəti beynəlxalq səviyyədə tanınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]