SON 5 AYDA 12 MİLYON TON NEFT HASİL OLUNMUŞDUR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin yanvar-may aylarında Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,9 faiz artaraq, 11 milyon 934,1 min ton təşkil etmişdir. Həmin dövrdə 2 milyard 854,4 min kubmetr qaz hasil olunmuşdur ki, bu da 2005-ci ilin müvafiq dövrünün göstəricisindən 34,9 faiz çoxdur.
“Azəri-Çıraq-Günəşli” yatağından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 8,22 milyon ton, ARDNŞ isə 3,27 milyon ton neft hasil etmişdir. Azərbaycanın quru ərazisində fəaliyyət göstərən birgə müştərək müəssisələr isə yanvar-may aylarında 442 min ton neft çıxarmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:18]
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb
- 13.10.2026 [17:16]
Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar
- 13.10.2026 [17:16]
® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb
- 13.10.2026 [16:40]
OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb
- 13.10.2026 [16:22]