Son 6 ayda ETSN-in “Qaynar xətt”inə daxil olan 511 müraciət araşdırılmışdır
Bakı, 15 iyul (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə bu ilin 6 ayı ərzində 511 müraciət daxil olmuşdur.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ağacların kəsilməsi ilə əlaqədar 98 müraciətdən 58-i barədə qanunamüvafiq tədbirlər görülmüş, 40-ı isə təsdiqini tapmamışdır.
Ağacların aşma təhlükəsi ilə əlaqədar 314 müraciətdən 308-nə yerində baxış keçirilərək müvafiq rəy və təkliflər verilmiş, 6-sı əsassız hesab edilmişdir.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, səs-küy, faunanın mühafizəsi, elektromaqnit şüalanma və palçıq vulkanlarının püskürməsi ilə əlaqədar qeydə alınmış 99 müraciətdən 29-u ilə bağlı tədbirlər görülmüş, 70-si isə təsdiq edilmədiyindən həmin ərazilər nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]