Son beş ildə Azərbaycandan Litvaya turist axını 15 dəfə artmışdır
Bakı, 11 aprel (AZƏRTAC). Son beş ildə Azərbaycandan Litvaya turist axını 15 dəfə artmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın turizm potensialının təqdimatında Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas məlumat vermişdir.
Diplomat demişdir: “Belə müsbət statistika Azərbaycan vətəndaşları üçün bir ay ərzində verilmiş vizaların sayına əsaslanır. Ona görə də buraya Litvaya işlə əlaqədar, qohumlarına baş çəkməyə və ya başqa səbəblərə görə gedən adamlar da daxildir”.
Səfirin sözlərinə görə, keçən il Litvada 3 milyon turist olmuşdur ki, bu da Litva vətəndaşlarının sayına bərabərdir. Litvaya sağlamlıqlarını bərpa etmək üçün sanatoriyalara gələn turistlərin sayı da artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]