Son bir həftədə Ukraynada qripdən 3 nəfər həlak olub
Kiyev, 27 mart, AZƏRTAC
Son bir həftədə Ukraynada qripdən 3 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bu dövr ərzində Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 150304 nəfər xəstələnib ki, bunun da 67,6 faizi 17 yaşına qədər olan uşaqlardır.
Qeyd edək ki, Ukraynada epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından 35-dən çox insan həlak olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]