Son günlər çaylarda sululuq azalmışdır
Bakı, 4 iyul (AZƏRTAC). Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 65-130, Lənkəran-Astarada 40-250, Kiçik Qafqazda 65-105, Naxçıvan MR çaylarında isə 104 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, iyul ayının əvvəllərində çaylarda sululuq bir qədər azalmışdır.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 285 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 115 kubmetrdir.
Suyun səviyyəsi Kürün aşağı axınındakı Surra məntəqəsində 471, Şirvanda 367, Salyanda 375, Bankədə 279, Araz çayının Novruzlu məntəqəsində isə 215 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]