ŞON MAKKORMAK: RUSİYANIN VƏ “AVROÜÇLÜYÜN” İRAN BÖHRANINI NİZAMA SALMAQ SƏYLƏRİ ƏBƏSDİR
Diplomat demişdir ki, Tehran öz nüvə proqramı ilə bağlı məsələnin həllini qəsdən uzadır və “dinc atom” proqramı adı altında nüvə silahı hazırlanması istiqamətində fəaliyyət göstərməkdədir.
Bundan başqa, MakKormak BMT-nin baş katibi Kofi Annanın İranla birbaşa danışıqlar aparmaq barədə ABŞ-a təklifini də rədd etmişdir. Diplomat bildirmişdir ki, Annan bu cür təklifləri əvvəllər də irəli sürmüşdür, lakin ABŞ İranın nüvə problemi barədə öz siyasətini düzgün sayır və rəsmi Tehranla birbaşa danışıqlar aparmayacaqdır.
MakKormakın sözlərinə görə, İranın iki yolu var: ya dünya birliyi ilə əməkdaşlığa getmək, ya da öz qarşıdurma siyasətini davam etdirmək. Sonuncu yol ölkənin beynəlxalq aləmdən təcrid olunmasını daha da dərinləşdirəcəkdir.
Xatırladaq ki, mayın 12-də BMT-nin baş katibi Birləşmiş Ştatları İranın nüvə proqramı məsələsinin həllində “sözçülüyü azaltmağa” və böhranın aradan qaldırılması üçün Avropa ölkələrinə qoşulmağa çağırmışdır. Annan bildirmişdir ki, ABŞ “Avroüçlüyə” qoşulsa, onlarla İran arasında danışıqlar daha səmərəli olardı.
İran Prezidenti Mahmud Əhmədinejad isə bu günlərdə bəyan etmişdir ki, İsrail istisna olmaqla, ABŞ və istənilən ölkə ilə Tehranın nüvə proqramına dair danışıqlar aparmğa hazırdır.