Azərbaycan Dövlət İnformasiya Agentliyi

Son on ildə respublikamızda turizm sahəsində mühüm addımlar atılmışdır

Bakı, 11 aprel (AZƏRTAC). Son 10 ildə respublikamızda turizm sahəsində mühüm addımlar atılmış, nailiyyətlər əldə olunmuşdur. Turizm sənayesinin inkişafı, onun infrastrukturunun əsas amillərindən olan mehmanxanaların sayının artması ölkəmizdə bu sahənin müsbət inkişafından xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin (AİTF) başlanmasına həsr olunmuş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev söyləmişdir. O demişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aprelin 12-dən 14-dək Bakıda keçiriləcək ənənəvi AİTF Beynəlxalq sərgisi turizm sahəsinin mütəxəssisləri üçün illik görüş yerinə çevrilməklə yanaşı, regionun bu sahədə əhəmiyyətli tədbirləri kimi qiymətləndirilir.

Artıq ənənə halını almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır. Sərgi, həmçinin Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən də dəstəklənir.

Əgər bu tədbirin ilk dəfə başlandığı 2001-ci ildə sərgidə cəmi 5 ölkədən 20 şirkət iştirak etmişdisə, aprelin 12-də açılacaq növbəti sərgiyə dünyanın 32 ölkəsinin 200 şirkət və təşkilatının qatılacağı gözlənilir.

Aydın İsmiyev diqqətə çatdırmışdır ki, Azərbaycan ekspozisiyası sərgidə son illərdə ölkəmizdə bu sahədə baş vermiş müsbət inkişaf dinamikasını əks etdirəcəkdir. Nazirliyin stendi milli motivlərlə zəngin olacaq və Azərbaycanın bütün dünyada məşhur olan qonaqpərvərliyini əks etdirəcəkdir.

Mətbuat konfransında “İteca Kaspian” şirkətinin direktor müavini Bəhruz Hidayətzadə nəzərə çatdırmışdır ki, sərginin təşkilatçıları təmsil etdiyi qurum və Böyük Britaniyanın “ITE Group plc” şirkətidir. Buraya “İTE Group plc” şirkətinin dünya üzrə tərəfdaş və agentlərindən ibarət geniş şəbəkəsi cəlb olunmuşdur. Tərəfdaşlar qismində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Hilton Baku” və “Qafqaz Point” otelləri və “Greenwich Travel Club” şirkəti kimi çıxış edəcəklər. Həmçinin Abşeron zonasının otellər şəbəkəsi, “Fairmont”, “Four Seasons”, “Park İnn” otelləri təqdim olunacaqdır.

Bildirilmişdir ki, bu il sərgi Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan Respublikası, Hindistan, Kipr, Ukraynanın Krım Muxtar Respublikası, Litva, Malayziya, Sloveniya, Türkiyə, Çexiya, Dubay Əmirliyi, Rusiyanın Stavropol diyarı və Xorvatiyanın 15 milli və regional ekspozisiyanı qəbul edəcəkdir. İştirakçılar burada qonaq kimi iştirak edən Bolqarıstanın kurort və müalicəvi istirahətinin bütün özəl xüsusiyyətlərini əks etdirən stendlərlə tanış olacaqlar.

Konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Əhməd Arslan artıq üçüncü ildir ki, keçirilən sərginin işinə uğurlar arzulamış və ölkəsinin mötəbər tədbirdə iştirakından şərəf duyduğunu qeyd etmişdir. Vurğulamışdır ki, Türkiyə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də qardaş ölkə ilə əməkdaşlıq edir. Türkiyə AİTF Beynəlxalq sərgisinin tərəfdaş ölkəsi kimi çıxış edir və öz milli stendində 16 aparıcı turizm şirkətini təqdim edəcəkdir. Azərbaycanın əlverişli, coğrafi mövqeyi, tarixi, iqlimi, zəngin mədəniyyəti turistlərin buraya səfər etməsinə yol açır və Türkiyə turizmdə qazandığı təcrübəni qardaş ölkə ilə bölüşməyə hər zaman hazırdır.

“İteca Kaspian” şirkətinin layihə rəhbəri Xəyal Əliyeva bildirmişdir ki, sərgi çərçivəsində VI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar (Horex) ixtisaslaşmış sərgisi də keçiriləcəkdir. Burada İtaliya, Almaniya, Rusiya, Türkiyə və Fransadan olan şirkətlər mehmanxana, restoran və otellər üçün peşəkar mətbəx və camaşırxana avadanlığı, məişət kimyası, parçalar və eksklüziv qab-qacaq, otellər üçün “onlayn” bron etmə və ödəniş sistemləri kimi informasiya texnologiyaları və s. təqdim edəcəklər.

Qeyd edilmişdir ki, sərginin işgüzar proqramla müşayiət olunması ənənəyə çevrilmişdir. Buraya gələn sənaye peşəkarları “Qatar Airways”, Tailandın turizm idarəsinin nümayəndəliyi, Polşa, Slovakiya, Macarıstan və Çexiyaya turlar təqdim edən Vişeqrad qrupu tərəfindən təşkil olunan seminarlarda iştirak etmək imkanı qazanacaqlar.

Hər il AİTF-in iştirakçılarının siyahısına yeni ölkələr əlavə olunur. Bu il Qətər, Polşa, Vyetnam, Slovakiya, Xorvatiya sərginin debütant ölkələridir. İştirakçılar arasında dünyanın aparıcı aviaşirkətləri də vardır. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, ”AirAstana”, “AirBaltic”, “flyubai”, Çex Hava Yolları və “Turkish Airline” şirkəti xüsusi təkliflərini elan edəcəkdir. Nümayiş olunan ekspozisiyanın bir hissəsi sağlamlıq mərkəzləri və sanatoriyalara həsr olunacaqdır.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub