Son sutka ərzində Pakistanda koronavirusa yoluxanların sayı 526 nəfər olub
İslamabad, 14 sentyabr, AZƏRTAC
Ötən sutka ərzində Pakistanda COVID-19-a 526 nəfər yoluxub və bununla da infeksiyalı xəstələrin sayı 301 min 481 nəfər olub.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son 24 saatda koronavirusdan 6 nəfər ölüb. Beləliklə, ölənlərin sayı 6 min 379 nəfərə çatıb.
Müalicə müəssisələrində 5 min 673 pasiyentin olduğu bildirilir, onların 534-nün vəziyyəti ağır olaraq qalır.
Qeyd olunur ki, indiyədək infeksiyadan 289 min 429 xəstə sağalaraq evə buraxılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]