Şota Arveladze: Azərbaycan idman sahəsində də böyük uğurlar qazanıb
Tbilisi, 26 iyun, AZƏRTAC
Bu gün Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman sahəsində də böyük uğurlar qazanıb. Biz dost və qonşu Azərbaycanın bu uğurlarına çox sevinirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın futbol mütəxəssisi, Türkiyənin “Kasımpaşa” futbol komandasının baş məşqçisi Şota Arveladze söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan bütün sahələrdə uğurla əməkdaşlıq edir. İdman sahəsində də müəyyən səviyyədə əməkdaşlıq mövcuddur.
“Lakin düşünürəm ki, bu əməkdaşlıq günün tələblərinə tam cavab vermir və biz bunu genişləndirməli, daha da inkişaf etdirməliyik. İnanıram ki, ölkələrimiz və xalqlarımız idman sahəsində də birgə əməkdaşlıq üzrə böyük uğurlar qazanacaq”, - deyə Arveladze vurğulayıb.
Futbol mütəxəssisi deyib ki, Gürcüstanda KRUYFF Fondunun təşkilatçılığı ilə Tbilisidə xüsusi İdman İnstitutu açılıb. Bu institut istər futbolçuların, istərsə də digər sahələrdə fərqlənən idmançıların sağlamlığının qorunması, eləcə də bu sahədə hüquqi və elmi əsasların gücləndirilməsi ilə məşğul olacaq.
Ş.Arveladze bildirib ki, Azərbaycan və digər ölkələrin idmançıları da bu institutdan faydalana biləcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]