ŞOTLANDİYA UNİVERSİTETİNDƏ HAKERLƏR HAZIRLANACAQ
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Şotlandiyanın Abertay Universitetində Avropada ilk kompyuter hakerləri hazırlayan fakültə açılmışdır. Fakültəni bitirənlər rəsmən kompyuterlərin bağlı şəbəkəsinə daxil olmaq üzrə mütəxəssis diplomu alacaqlar.
Tədris kursu əksəriyyəti həbs cəzası çəkən müasir hakerlərin fəaliyyətinin ümumiləşdirilməsi əsasında hazırlanmışdır. Tələbələr həm də bank şəbəkəsinə daxil olunması, habelə bir çox fiziki şəxslərin və şirkətlərin internet vasitəsilə yazışma zamanı istifadə etdikləri mürəkkəb kodların açılması texnologiyalarına yiyələnəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:30]
Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək
- 13.10.2026 [17:14]
İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib
- 13.10.2026 [16:43]