Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub

Bakı, 22 aprel, AZƏRTAC 

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağstafa rayonunda azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarından olan tabor komandiri, qvardiya mayoru Müseyib Abdulla oğlu Allahverdiyevin anadan olmasının 110 illiyi münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəhrəmanın ailə üzvləri, hərbi qulluqçular, müharibə veteranları və ictimaiyyət nümayəndələri əvvəlcə Dağ Kəsəmən kənd qəbiristanlığına gedərək xalqımızın igid oğlunun məzarını ziyarət edib, ehtiram əlaməti olaraq məzarüstü abidə qarşısına qızılgüllər düzüblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin İkinci Dünya müharibəsində yüz minlərlə azərbaycanlının iştirakı, qəhrəmanlığı, Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Bakı neftinin müstəsna rolu, milli atıcı diviziyalarımızın Qafqaz dağlarının ətəklərindən Berlinədək keçdiyi şanlı döyüş yolu barədə çıxışı maraqla qarşılanıb. A.Qurbani ulu öndər Heydər Əliyevin kəlamlarını ziyarətçilərə xatırladaraq deyib: “Gənclər bilməlidir ki, 1941-1945-ci illər müharibəsində - dünya tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub. Onlar öz qəhrəmanlığı ilə xalqımızın hörmətini qaldırıblar. Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır. Bu mənada, Müseyib Allahverdiyev də bu gün müharibə şəraitində yaşayan ölkəmizin hər bir vətəndaşı, xüsusilə hər bir gəncimiz üçün nümunədir”.

Qeyd olunub ki, Müseyib Allahverdiyev və beş nəfər digər yaşıdı görkəmli sərkərdəmiz Əliağa Şıxlinskinin xeyir-duası ilə Tiflis hərbi piyada məktəbinə göndərilib və onlar 1936-cı ildə oranı müvəffəqiyyətlə bitiriblər. O vaxtdan Müseyib Abdulla oğlu taleyini həmişəlik orduya bağlayıb. Finlandiya müharibəsində ilk dəfə döyüş meydanlarına atılıb, qəhrəmanlıq nümunələri göstərib. Böyük Vətən müharibəsi başlanarkən könüllü olaraq döyüşən ordu sıralarına yazılıb. Moskva ətrafındakı döyüşlərdən başlayaraq Macarıstanın paytaxtı Budapeşt şəhərinə qədər şanlı döyüş yolu keçib. Qvardiya mayoru rütbəsinədək yüksələn igid həmyerlimizin komandir olduğu tabor Dunay çayını birinci keçərək sonra gələn hərbi hissələrə yol açıb. Macarıstan ərazisində son dərəcə ağır döyüşlərdə iştirak edib. Taborun 1944-cü ilin ilk dekabr günlərində apardığı döyüş əməliyyatında düşmənin 500 əsgəri məhv edilib, 2200 nəfər əsir götürülüb, xeyli hərbi texnika, silah-sursat, ərzaq və digər ləvazimatlar ələ keçirilib. O, Budapeştin azad edilməsində xüsusi olaraq fərqlənib və müharibənin qurtarmasına 2 ay qalmış Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonrakı illərdə, 1969-cu ilin may ayına qədər hansı vəzifədə işləməsinə baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlib, gənclərin vətənpərvərlik tərbiyəsində səylərini əsirgəməyib, ömrünün sonuna kimi xalq içində hərbi mundir geyinməkdən qürur hissi keçirib.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Əyyubova, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli, əmək veteranı Fərhad Əliyev, “Ağstafa” qəzetinin redaktoru İbrahim Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Nazim Çələbiyev, müharibə veteranlarından Mirzahid Hacıyev, Ələddin Qarayev və başqaları çıxış edərək hərb tariximizdə müstəsna xidmətləri olan qəhrəmanların adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilməsi və bu işin daim Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olmasından geniş söhbət açıblar.

Qəhrəmanın oğlu Şamil Allahverdiyev atasına göstərilən bu ehtiram və hörmətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirib.

Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyinə həsr olunmuş xatirə tədbiri Dağ Kəsəmən kənd tam orta məktəbində davam etdirilib. Reyxstaq üzərində dalğalanan Qələbə bayrağı və Azərbaycanın milli atıcı diviziyalarının döyüş bayraqları ilə əhatə olunan qəhrəmanın büstünün qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllim və şagird kollektivinin, ictimaiyyət nümayəndələrinin, hərbi qulluqçuların iştirak etdikləri xatirə mitinqində polkovnik Abdulla Qurbani qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, tabor komandiri Müseyib Allahverdiyevin müharibə həyatında ən maraqlı məqam Macarıstanda Dunay çayının sahilində olub. Budapeştin cənub-qərbində düşmənin müdafiə mövqeyini dağıtmaq üçün Dunay çayını keçmək lazım idi. Tabor buna tam hazır olsa da, komandanlıq əmr vermirdi ki, düşmən çox güclüdür, irəliləmək mümkünsüzdür. Müseyib əmr verilmədiyini görüb özü vəziyyəti təhlil edir və qərara gəlir ki, ləngimək olmaz, onsuz da vəziyyət gərgindir. Odur ki, gecənin qaranlığında tabor komandiri yuxarıdan əmr gözləmədən Dunay çayını keçir, faşist ordusunun müdafiə xəttini yarır və qoşunların hərəkətinə yol açır. Qvardiya mayorunun bu “özbaşınalığı” birmənalı qarşılanmır. Müseyibin bu əfsanəvi qəhrəmanlığını gözü götürməyən bəzi qüvvələr bunu “xəyanət” adlandırır. Hətta məsələ Ali Baş Komandana qədər gedib çatır. Məsələdən hali olan Stalin qəti şəkildə “Museyib prav!” deyir və onun təltif olunmasını tapşırır. Stalinin qəti cavabından sonra Azərbaycanın igid oğluna SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Sovet İttifaqı Qəhrəmanı” adı verilir.

Məktəbdə keçirilən tədbirdə Ağstafa rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov, bölgədə xidmət edən hərbi qulluqçular adından polkovnik-leytenant Vüqar Allacov, məktəbin direktoru Mahir Nəbiyev və Şamil Allahverdiyev çıxış edərək gəncləri və məktəbliləri ata və babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyə və Vətənə layiq övladlar kimi yetişməyə səsləyiblər.

Müdafiə Nazirliyinin adından məktəb kitabxanasına vətənpərvərlik mövzusunda yazılmış kitablar hədiyyə edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qrupunun səsləndirdiyi hərbi marşlar və vətənpərvərlik mahnıları ilə xatirə tədbirləri başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası