Soyğunçuluq etməkdə şübhəli bilinən Tovuz rayon sakini müəyyənləşdirilərək yaxalanıb
Bakı, 21 dekabr, AZƏRTAC
Paytaxtın Nizami rayonunda soyğunçuluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 20-də rayonun Ə.Hacıyev küçəsində bir nəfərin Bakı şəhər sakini Ə.Əliyevə qarşı zor tətbiq edərək 100 manat məbləğində pulunu alması barədə 25-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini İ.Tağıyev müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.