Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış alidə-kompleksin önündə böyük izdiham yaşanmışdır
Salyan, 31 mart (AZƏRTAC). Martın 31-də Salyan şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış alidə-kompleksin önündə böyük izdiham yaşanmışdır.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri abidə önünə tər gül-çiçək dəstələri qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları türk əsgərlərinin şəhərdəki xatirə memorialının önünə gələrək 1918-ci ildə Salyanın müdafiəsi zamanı həlak olmuş türk əsgər və zabitlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, məzarları önünə tər qərənfillər düzmüşlər.
Abidə önündə çıxış edənlər 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan edilməsində və Azərbaycan həqiqətlərin dünyaya çatdırılmasında ümummilli liderimiz Heydər Əliyevin böyük xidmətlərini xatırlatmış, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vəhşiliklərin ifşa edilməsi istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]