“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb
Bakı, 23 dekabr, AZƏRTAC
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan daha 23 “Starlink” peykini orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, kompaniyadan verilən məlumata görə, daşıyıcı raket ABŞ Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb. Daşıyıcı raketin artıq 19-cu dəfədir istifadə olunan birinci pilləsi Atlantik okeandakı “Just Read the Instructions” platformasına eniş edib.
Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 131-ci, cari ildə isə 62-ci qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,6 mindən çox peyk buraxıb. Onların 5,2 mindən çoxu işlək vəziyyətdədir.
“SpaceX” kompaniyasının layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də fəal istifadə edirlər.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]
“Bayterek” – həyat ağacı və Qazaxıstan paytaxtının rəmzi
- 11.06.2026 [11:30]