Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək
Bakı, 14 sentyabr, AZƏRTAC
"Bakıdakı yarışı unutmayacağam. Burada əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında birinci olan "PHM AIX Racing" komandasının pilotu Yozua Dürksen mətbuat konfransında deyib.
Paraqvaylı sürücü yaxşı mövsüm keçirdiyini bildirib: "Formula 2-də debüt ilimdir. Buna baxmayaraq, hazırda çox yaxşı formada olduğumu düşünürəm. Məşqlərimiz yaxşı keçmişdi. Ortaya möhtəşəm iş qoyduğum üçün xoşbəxtəm. Təbii ki, bu, kifayət deyil, təkmilləşmək lazımdır".
Y.Dürksen Bakıdakı yarışın onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bugünkü nəticədən sonra Formula 1-də çıxış etmək üçün şanslarımı artırdım. Bu, komanda yoldaşlarımla birgə əziyyətimizin hədiyyəsidir. Onlarla çox yaxşı münasibətim var. Bir-birimizin uğurlarına sevinirik. Birlikdə bir çox iş gördük, bir-birimizə kömək etdik. Aramızdakı yaxşı münasibət bizi uğura doğru aparır".
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]