Şri-Lankada təhlükəli virus: 52 mindən çox yoluxma, 31 ölüm
Bakı, 29 iyun, AZƏRTAC
Şri-Lankada cari il ərzində denge virusuna yoluxanların sayı 52 mini keçib, xəstəlikdən 31 ölüm halı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə qurumları açıqlama verib. Bildirilib ki, yoluxmaların artımı əsasən denge virusunun DENV-2 ştammının yayılması və ağcaqanadların çoxalması ilə əlaqəlidir.
Qeyd edilib ki, hazırda ölkədə təsdiqlənmiş yoluxmaların təxminən 75 faizini DENV-2 təşkil edir. Əvvəlki illərdə üstünlük təşkil edən DENV-3 ştammının payı isə 25 faizə düşüb.
Mütəxəssislər daşqınlar, yağışlı hava və tullantıların yığılması nəticəsində ağcaqanadların çoxalması üçün əlverişli şərait yarandığını qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]