REGİONLAR
Stolüstü tennis üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 9 iyul, AZƏRTAC
Naxçıvan Əlillərin Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən stolüstü tennis üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə, ümumilikdə 11 sağlamlıq imkanları məhdud uşaq mübarizə aparıb. Birinciliyin keçirilməsində məqsəd bu kateqoriyadan olan uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən stolüstü tennis idman növünün inkişaf etdirilməsidir.
Yarışın yekun nəticəsinə əsasən, Allahverən Səfərov qalib adını qazanıb. Rəfail Yusifov ikinci, Əkrəm Kərimli isə üçüncü olub.
Qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara fəxri fərmanlar təqdim olunub.