STOLÜSTÜ TENNİS ÜZRƏ TOP-16 TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 5-6-da Bakı Olimpiya İdman Kompleksində ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə Top-16 turniri keçirilmişdir. Altmış dörd kişi, qadın, qız və oğlanın iştirak etdiyi turnirin qalibləri müəyyənləşdirilmişdir. 1995-ci il təvəllüdlü və daha azyaşlı qızlar arasında Məryəm İmanova I, Sahilə Xudiyeva II, Nuranə Həmzəyeva III olmuşlar. Həmin yaşda oğlanlar arasında isə ilk üç yeri müvafiq olaraq Xəyal Həşimli, Emin Abdullayev və Orxan Qurbanov tutmuşlar.
Qadınlar arasında ən yüksək pilləyə Leyla Şirvani, kişilər arasında isə Fərhad İsmayılov yüksəlmişlər. Bilurə Eminova (II), Rüfət Quliyeva (III), Ramil Cəfərov (II) və Əli Bayramov (III) sonrakı yerləri tutmuşlar.
Mükafatları qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İsmət Abasov təqdim etmişdir.
İsmət Abasov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda da uğurlar arzulamışdır. Federasiya prezidenti gənclərin öz qabiliyyətini nümayiş etdirmək üçün ölkəmizdə hər cür şəraitin yaradıldığını xatırlatmış, idmanın inkişafına qayğının dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulamışdır.
Yarışlara Azərbaycan Respublikasının dövlət himninin sədaları altında yekun vurulmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]