Stolüstü tennis üzrə yığma komandamızın üzvləri üçün praktik seminar təşkil olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Stolüstü tennis üzrə yığma komandamızın idmançıları və məşqçilər üçün praktik seminar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən seminara beynəlxalq dərəcəli məşqçi Lui Yanjun rəhbərlik edib.
Seminarın ilk günündə 2006-2008-ci il və 2008 və daha kiçik təvəllüdlü idmançılar, yığma komanda üzvləri ilə praktiki məşqlər keçirilib, ən perspektivli idmançıların inkişafı istiqamətində onların məşqçilərinə fərdi məsləhətlər bildirilib.
Seminarın sonuncu günündə federasiya ilə müqaviləsi olan məşqçilərə azyaşlı idmançılarla işləmək üçün yeni məşq üsulları göstərilib.
Qeyd edək ki, hər kvartalın sonunda məşqçi Lui Yanjunun iştirakı ilə seminarın təkrar keçirilməsi qərara alınıb.