STRASBURQDA AŞPA ALT KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
İclasda AŞPA-nın qəbul etdiyi sənədlər ətrafında fikir mübadiləsi aparılmışdır. Rusiya, Türkiyə, Serbiya və digər ölkələrin təmsilçiləri, həmçinin iclasa dəvət olunmuş Mərakeş nümayəndəsi çıxış edərək, müzakirə olunan məsələlərlə bağlı görülmüş işlər barədə məlumat vermişlər.
Gülər Əhmədova çıxışında qadınlara qarşı zorakılıq probleminə toxunaraq ailələrin maarifləndirilməsinin vacibliyini vurğulamışdır. Belə ki, bir çox ölkələrdə ailədə qız uşağının doğulması hələ də kişinin qadına qarşı mənfi mövqe tutmasına səbəb olur.
Bəzən qadınların işgəncələrə məruz qalan insanlar, bütün kişilərin isə zülmkar kimi təqdim edilməsinin düzgün olmadığını vurğulayan deputat bildirmişdir ki, qadınlara qarşı işgəncələrin qarşısının alınmasında kişilər fəal mövqe tuturlar.
G.Əhmədova Azərbaycanda bu sahədə görülmüş işlər, qəbul olunmuş qanunvericilik sənədləri, azərbaycanlı qadınların kişilərlə bərabər seçmək və seçilmək hüququna malik olmasından danışmış, suallara ətraflı cavablar vermişdir.