Azərbaycan Dövlət İnformasiya Agentliyi

Su çərşənbəsi mif və reallığın əlamətlərini ritual hadisə olaraq özündə yaşadır

Su çərşənbəsi mif və reallığın əlamətlərini ritual hadisə olaraq özündə yaşadır

Bakı, 21 fevral, AZƏRTAC

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

AZƏRTAC AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Su çərşənbəsi ilə bağlı qeydlərini təqdim edir.

Tədqiqatlarda üçü yalançı, dördü isə doğruçu çərşənbə olmaqla yeddi çərşənbənin keçirilməsi ilə bağlı məlumatlara da rast gəlirik. Üç yalançı çərşənbənin (“Oğru üskü”) birinin, yəni sonuncusunun bəzi bölgələrdə qeyd olunması faktı bu gün də mövcuddur. Adında ifadə olunduğu kimi, yalançı çərşənbələr yalandan - sönük şəkildə qeyd olunduğundan, görünür, sonradan bu üç çərşənbənin hamısını xalqımız cəmləşdirməklə sonuncusunda ümumi bir törən keçirməyi daha məqbul hesab edib. Ancaq bu “yalan”ın özündə də bir “qabaqdangəlmişlik eləmək”, yəni simvolik olaraq qarşılamaq missiyası var. Çünki bu yalançı çərşənbələr “doğrunu” gözləməyə - doğruçu çərşənbələri ümidlə bəkləməyə bir hazırlıq mərhələsi - özünü toparlama instinktidir.

Əslinə qalsa, doğruçu çərşənbələrlə bağlı da buna bənzər hal müşahidə olunmaqda, sevilməkdədir. Bunu kütlə, toplum ilaxır çərşənbənin daha şən və təmtəraqlı keçirilməsi kimi səciyyələndirir. Hətta bəzi bölgələrdə ilin axırıncı çərşənbəsinin Novruz bayramına nisbətdə daha böyük coşqu ilə keçirilməsini söyləyənlər də var. Təəssüflər olsun ki, mütəxəssislər, folklorşünaslar ilin son çərşənbəsinin digər çərşənbələrə nisbətən daha böyük şadyanalıqla, haray-həşirlə keçirilməsinin səbəbini onu simvolizə edən ünsürlə (torpaqla, yellə və s.) əlaqələndirirlər: guya bu, torpaq bar-bərəkət rəmzi olduğu üçündür və s. Düzdür, bu əlamətin də rolu var. Ancaq əsas və başlıca səbəb onunla bağlıdır ki, yuxarıda qeyd etdiyim kimi, üç yalançı çərşənbə sonuncu yalançı çərşənbədə adına uyğun şəkildə “yalandan” - sönük şəkildə qeyd olunduğu kimi, dörd doğruçu çərşənbənin də sevinc dolu coşqusunun ən parlaq təzahürü - ən pik həddi məhz sonuncu doğruçu çərşənbənin - ilin son çərşənbəsinin üstündə ümumiləşmiş olur. Hansı ünsürün, hansı təbiət stixiyasının (su, od, torpaq, yel) adını daşımasından asılı olmayaraq, məhz sonda, axırda gəldiyinə görə və insanlar təbiətin çillələrindən bütövlükdə qurtulub xilas olmağın şərəfinə ilin axır çərşənbəsini daha çox həvəslə və böyük ruh yüksəkliyi ilə bayram edirlər. Bu coşqunun sirri təbiətdən gəlir və insanlar çillədən qurtulmanı elliklə kütləvi olaraq bir cür yüksək əhval-ruhiyyə ilə şənlik içərisində keçirirlər. Bunu təbiət hadisəsinin cəmiyyətdəki əks-sədası (assosiasiyası) kimi də dəyərləndirmək olar.

Dörd doğruçu çərşənbənin hər birini tədqiqatçılar müvafiq olaraq təbiətdəki dörd yaradılış ünsüründən birinin adı ilə bağlayırlar. Bu haqda mərhum professor, görkəmli folklorşünas Azad Nəbiyev yazırdı: “Əzəl çərşənbə suya tapınma inancı ilə başlayır. Hamı hələ gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su səpirdilər. İnanca görə “təzə su” - daha doğrusu, Əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərin dərmanı idi. Ehtimal ki, Xızırın dirilik çeşməsindən su içdiyi, Koroğlunun “Qoşa bulağı” tanıdığı gün də elə Əzəl çərşənbə günü olmuşdur.

Əzəli inamlarda su sağlamlığın rəhni idi. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirdərdilər. Bir çox xəstəliklər Su çərşənbəsində sağaldılardı.

Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, böyüklüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunardı”.

Göründüyü kimi, ilk doğruçu çərşənbəni su stixiyası ilə bağlayan professor suyun yaradıcı gücü, şəfaverici xassələri ilə bağlı mifik inancları yada salır.

Məlumdur ki, qış fəslinin içindən keçərək yaz fəslinə doğru - Bahar bayramına, Novruz bayramına doğru yaxınlaşırıq. Çillələr də, yəni ilaxır çərşənbələr də qış fəslində - qışın üçüncü ayı olan boz ayda bayram ab-havası ilə keçirilir. Hər çərşənbə öz atributu ilə - bir yaradıcı təbiət stixiyasını təmsil etməklə, həm də özlüyündə təbiətin müəyyən bir fəslini simvollaşdırır. Bu baxımdan düşündükdə Su çərşənbəsi həm də qışı işarələyir. Suyun donmuş halı kristallaşmış qar formasında, yaxud buz şəklində qış fəslində təzahür edir. Bu səbəbdən qışı dörd yaradıcı ünsürdən biri olan su stixiyasının fəaliyyətdən qaldığı, donduğu təbiətin ağır çilləli dövrü kimi xarakterizə etmək olar. Belə olan təqdirdə Su çərşənbəsinin ayin və rituallarının nəyə hesablandığı məsələsi düşündürücüdür.

İnsanlar Su çərşənbəsində donmuş suyun donunun açıldığını, suyun canına istilik düşdüyünü - suya can gəldiyini (suyun ölmüş halı sayılan qar və buz halından xilas olduğunu) bayram ab-havası ilə keçirərlər. Eyni zamanda, Su çərşənbəsində insanların su üstünə, bulaq, çay başına axın etmələri, suyu bir-birinin üstünə səpmələri və s. bu kimi ayin və rituallar hamısı həm də suyun ruhunu razı salmaq, qış fəslini təqlidi yolla əzizləmək, qış fəslinin soyuq donunu - buzunu yumşaltmaq, mülayimləşdirmək və s. kimi missiya daşıyır. Başqa sözlə, donuq, qar kimi, buz kimi soyuq (sulu) qış fəslindən xilas olub həyatverici bahar fəslinə doğru can atmağın ritual olaraq cəmiyyətdəki əks-sədasıdır Su çərşənbəsi! Əbəs deyildir ki, Su tanrısı Abana xoş getsin deyə nəğmələr də çağırıb-oxumuşlar:

Aban abana gəldi,

Aban imana gəldi.

Abana yol verin,

Abana qol verin.

Gödəkcə al Abana,

Döşəkcə sal Abana.

Al Aban haylı gəlib,

Al Aban paylı gəlib.

Xurcununda seli var,

Boğçasında yeli var.

Hay verin Abana,

Pay verin Abana.

Xan Aban haylı olsun,

Doqqazı saylı olsun...

“Aban nəğmələri” silsiləsindən nümunə gətirdiyim yuxarıdakı misralarda da Su tanrısını rəhmə gətirməyin, könlünü almağın musiqili bir dildə ritmik notları açıq-aydın hiss olunur. “Xurcununda seli var” misrasında isə birbaşa qarın-buzun rəhmə gəlib yumşalması - əriməsi hesabına çaylara axıb töküləcəyi - torpaqların barını-bərəkətini artıracaq sel-su gətirəcəyi arzusu qabarıq görünür. “Hay verin Abana, pay verin Abana” misralarından isə çərşənbə sovqatı vasitəsilə təqlidi-magik hərəkətlər fonunda su ruhuna pay-hədiyyə verilməsi arzusu görünür.

Su ilə bağlı qədimdən gəlmə türkəçarələrə üz tutaq:

•Su çərşənbəsində övladı olmayan qadının başından qırxaçar camdan su töksən övladı olar.

•Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su atsan qorxusu keçər.

•Ürəyi keçən adamın üzünə su çiləsən özünə gələr.

•Su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirdərlər.

•Yel xəstəliyi olanı İstisuya apararlar.

Nümunə gətirilən inanc və türkəçarə üsullarına diqqət yetirdikdə, görünür ki, burada həm suyun mifik-magik təsir gücü, həm də real təsir gücü öz əksini tapıb. Bu, xalqımızın mifik dünyasında və gerçək təfəkküründə suyun təbii fakt olaraq nə qədər dərəcədə mühüm yer tutduğunun bir göstəricisidir. Mifik dünyamızda da, gerçək həyatımızda da su yaradılış ünsürü kimi müqəddəs sayılıb. Su çərşənbəsi isə mif və reallığın əlamətlərini ritual hadisə olaraq özündə yaşadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib