Su polosu yarışlarının ikinci günündə Səudiyyə Ərəbistanı və İran milliləri qarşılaşırlar
Bakı, 14 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarının ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, günün birinci oyununda Səudiyyə Ərəbistanı ilə İran komandaları üz-üzə gəliblər.
İkinci oyunda isə Azərbaycan və İndoneziya komandaları qarşılaşacaqlar.
Mayın 17-dək Su Polosu Arenasında təşkil olunacaq yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya milliləri qızıl medal uğrunda mübarizə aparacaqlar.