SU TƏCHİZATINDA PROBLEMLƏR ARADAN QALDIRILIR
Gəncədə və onun yaşayış qəsəbələrində artezian quyularının təmir olunmasına, su nasoslarının yeniləri ilə əvəz edilməsinə başlanmışdır. Şəhər su kəməri trestindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 20 quyuda təmir işləri başa çatdırılmışdır. Mahrasa bağı və Gülüstan qəsəbələrində, Azərbaycan, Qoqol, Tbilisi, Tağı Arani, Aşıq Ələsgər və digər küçələrdə sakinlərin içməli su təminatında yaranmış çətinliklər aradan qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]