Sülhməramlıların növbəti avtomobillərinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub
Şuşa, 10 fevral, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus üç təminat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Həmçinin sülhməramlıların bir minik avtomobili Xankəndiyə keçid edib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.