Sumqayıt Kimya Sənaye Parkında bu il iki yeni müəssisə fəaliyyətə başlayacaq
Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC-nin “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun və “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin bu ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib. Onun sözlərinə görə, şüşə istehsalı zavodunda hazırda avadanlığın sazlanması prosesi gedir: “Zavodun investisiya dəyəri 95 milyon ABŞ dolları təşkil edir”.
N.Talıbov qeyd edib ki, investisiya dəyəri 18 milyon ABŞ dolları olan “Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikində də tikinti işləri bitib. Burada da hazırda avadanlığın sazlanması prosesi gedir. Fabrikdə tətbiq edilən texnologiya İtaliya, Türkiyə, Fransaya məxsusdur.
Qeyd edək ki, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkında 22 sahibkara rezident statusu verilib. Hazırda 14 rezident istər daxili, istərsə də xarici bazarlar üçün məhsul istehsal edir. Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
- 13.06.2026 [13:57]
Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb
- 13.06.2026 [12:45]
Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]