SUMQAYIT KİMYAÇILARI İMƏCİLİK KEÇİRMİŞLƏR
Sumqayıt, 17 aprel (AZƏRTAC). Aprelin 17-də səhər tezdən Bakı -Quba avtomagistralı istiqamətində Sumqayıtla Hacı Zeynalabdin Tağıyev qəsəbəsi arasındakı sahədə xüsusi qələbəlik vardı. “Azərikimya” dövlət şirkətinin Sumqayıtda yerləşən beş müəssisəsinin və şəhər təsərrüfatı idarəsinin əməkdaşları ümumi iməciliyə çıxmışdı. Dövlət şirkətinin bir neçə zavodunun ərazisi boyunca keçən üç kilometrlik zolağın yaşıllaşdırılması ilə əlaqədar bu tədbir ölkə Prezidenti İlham Əliyevin elan etdiyi “Ekologiya ili” çərçivəsində həyata keçirilmişdir.
Tədbirin təşkilatçıları əvvəlcədən hazırlıq görmüş və iməcilik iştirakçılarının səmərəli işləyə bilməsi üçün hər cür şərait yaratmışdılar. Tinglər əkmək üçün torpaq əvvəlcədən bellənib hazırlanmışdı. Dərinliyi bir metrə yaxın olan çalalara tinglər əkildikdən sonra onların dibinə gübrələnmiş qum səpilmişdir. Ağacların əkilməsi üçün də müvafiq ölçülü çalalar qazılmış, suvarma üçün şərait yaradılmışdır. Tinglərin əyilməməsi üçün onların yanına basdırılmış taxta tirlər onları küləkdən qorumağa kömək edəcəkdir. Ərazinin yaşıllaşdırılması ilə yanaşı abadlıq işləri də aparılmışdır. Fəhlələr üç kilometr uzunluğunda daş hasara mala çəkmişlər. Sonra həmin hasar rənglənəcəkdir.
İməcilikdə dörd mindən artıq Eldar şamı, sərv, xurma və zeytun tingi əkilmişdir. Burada səyyar bufetlər də işləyirdi. İməcilik iştirakçıları yaxşıca işləyəndən sonra təzə çay içib şirniyyat yemək və söhbət etmək imkanına malik idi. İməcilikdə fəhlələrlə yanaşı Dövlət Neft Şirkətinin vitse-prezidenti Muxtar Babayev və Sumqayıt İcra Hakimiyyətinin rəhbərləri iştirak etmişdir.
Xatırladaq ki, yaxın günlərdə dövlət başçısının sərəncamı ilə “Azərikimya” dövlət şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:30]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:28]
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib
- 07.08.2026 [17:17]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [17:12]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [17:05]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:47]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [16:39]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [16:37]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:35]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:33]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [16:32]