“Sumqayıt” klubu “Səbail”ə iki cavabsız qolla qalib gəlib
Bakı, 14 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində “Sumqayıt” klubu “Səbail”i qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Kapital Bank Arena”da oynanılan matçda “Sumqayıt” iki cavabsız qolla qalib gəlib - 2:0. Meydan sahiblərinin heyətində Stiven Pereyra və Vüsal İsgəndərli fərqləniblər.
Qeyd edək ki, günün ilk oyunu - “Kəpəz” - “Sabah” qarşılaşmasında qalib müəyyənləşməyib - 2:2. Turun ötən gün oynanılan matçlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. XVII tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]