Sumqayıt şəhərinə səyahət turları təşkil edilir
Sumqayıt, 3 may, AZƏRTAC
Sumqayıtda şəhərin daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlara səyahət turları təşkil edilib. Turlar paketində Sumqayıtın gəzməli yerləri və sənaye parkları təklif olunur.
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, səyahət turları Sumqayıtın görməli yerlərini ziyarət etmək, sənaye potensialı ilə tanış olmaq və istirahəti faydalı keçirmək imkanları yaradır. Turlar ikimərtəbəli səyahət avtobusları ilə həyata keçirilir. Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin təklif etdiyi yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı və şəhər teatrı daxildir. Bununla yanaşı, Bakı və rayonlara da turlar təşkil olunur.
Şəhərdaxili turların qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyənləşdirilib. Şəhid ailələrinə xidmət pulsuzdur. Sifarişlər fərdi və kollektiv şəkildə qəbul edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2026 [17:48]
WUF13 Festivalı Sumqayıtda
- 12.05.2026 [17:46]
Ali Məclisin komitə iclasında bir neçə qanun layihəsi müzakirəyə çıxarılıb
- 12.05.2026 [17:43]
Naxçıvanda üçəm dünyaya gəlib
- 12.05.2026 [17:43]
Şəhid atası: Biz azad Qarabağda qalib xalq kimi yaşayırıq
- 12.05.2026 [17:23]
Aqrar sahədə yeni yanaşmalar - mütəxəssislər müasir metodlarla tanış olublar
- 12.05.2026 [16:38]
Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub
WUF13 Festivalı Sumqayıtda
- [17:48]
Naxçıvanda üçəm dünyaya gəlib
- [17:43]
Lənkəranda zəncirvari qəza olub
- [15:40]