Sumqayıtda baş verən yol qəzasında yaralananlardan birinin vəziyyəti ağırdır
Sumqayıt, 12 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Bakı-Quba yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib. Qəsəbəyə sərnişin daşıyan 3 nömrəli marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Sumqayıt Tibb Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Hacı Zeynalabdin-Sumqayıt avtomobil yolunda baş verən qəza ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi , 5-i qadın) yerləşdirilib. Onlardan 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:45]