Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
Sumqayıt, 16 yanvar, AZƏRTAC
Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə çağırış daxil olub.
Stansiyadan AZƏRTAC-a bildirilib ki, onlardan bir nəfərin - 1958-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölümü qeydə alınıb. 1958-ci və 1999-cu il təvəllüdlü şəxslər (hər ikisi qadın) isə dəm qazının toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.
Eyni diaqnozla, 2020-ci və 2022-ci il təvəllüdlü iki azyaşlı da Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta ağırdır.
Faktla bağlı şəhərin hüquq-mühafizə orqanları araşdırma aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:41]
Səyyah: Qarabağda gördüklərim məni valeh etdi
- 09.10.2026 [17:36]
Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB
- 09.10.2026 [17:21]
İranlı səyyah: Qarabağ çox gözəldir
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]