CƏMİYYƏT
Sumqayıtda ekoloji tarazlığın qorunması istiqamətində məqsədyönlü işlər görülür
Sumqayıt, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Sumqayıtda ənənəvi ümumşəhər ağacəkmə kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyinin, idarə, müəssisə və təşkilat kollektivlərinin böyük həvəslə qatıldığı kampaniya ümummilli lider Heydər Əliyevin adını daşıyan Parkdan başladı. Ümumilikdə şəhərin bütün istiqamtlərini əhatə edən və minə yaxın sakinin də qatldığı tədbirdə sərv, şam, kedr ağacları əkilib.
Aksiya zamanı şəhərin əksər küçələrində təmizlik işləri aparlıb, ümumilikdə isə 2200 ə yaxın ağac əkilib.
Şəhərin ekoloji təmizliyinə xidmət edən bu cür tədbirlərin Sumqayıtda mütəmadi olaraq hər həftə keçrilməsi nəzərdə tutulur. Məqsəd məhv olmuş yaşıllıq zolağını bərpa etmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.