SUMQAYITDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKASI
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə iyulun 17-də Nazirlər Kabinetində bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin xeyli artması ilə bağlı keçirilmiş müşavirədən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətində də konkret tədbirlər görülmüş, problemin həlli yolları müəyyən edilmişdir.
Növbəti belə yarmarkada Abşeron, Xızı, Quba, Salyan və digər rayonların fermer təsərrüfatları alıcılara meyvə, tərəvəz, yumurta və digər kənd təsərrüfatı məhsulları təklif etmişlər. Bazarla müqayisədə qiymətlər aşağı olduğundan məhsullar çox tez satılmışdır.
Şəhər əhalisi bu tədbiri ürəkdən bəyənir.