SUMQAYITDA QUŞ QRİPİNİN YAYILMASINA QARŞI TƏDBİRLƏR GÖRÜLÜR
İcra hakimiyyəti başçısının müavini, komissiyanın sədri Ramiz Həsənov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 11 nəfərdən ibarət komissiyaya şəhərin müxtəlif xidmətlərinin başçıları daxildirlər. Onlar xüsusi planda nəzərdə tutulan tədbirlərin görülməsinə nəzarət edirlər. Xəzərin sahilində hər gün monitorinq keçirilir, ölü quşlar yandırılır. Şübhə doğuran bütün su quşları və ev quşlarından qan nümunəsi götürülür. Şəhərdə quş qripinə yoluxma halları qeydə alınmamış, respublika Baytarlıq Xidmətində quşların qan analizinin cavabı isə mənfi olmuşdur. Şəhərdə, habelə Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələrində üç “qaynar xətt” fəaliyyət göstərir. Əhali bu telefonlar vasitəsilə xəstəliyin profilaktikasına dair zəruri məsləhət alır və ev quşlarının mümkün yoluxması barədə məlumat verə bilir.
Bununla yanaşı, bütün təhsil müəssisələrində vərəqələr yayılır, yerli telekanalda xüsusi verilişlər yayımlanır, şəhər qəzeti səhifələrində mütəxəssislərin məqalələri dərc olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]