Sumqayıtın ilk məktəbi üçün yeni bina inşa olunur
Sumqayıt, 14 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhərində 1 nömrəli tam orta məktəb üçün 1800 şagird yerlik yeni bina tikilir. Bununla əlaqədar Azərbaycan Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, 4 mərtəbədən ibarət olacaq təhsil ocağının binası müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Qeyd edək ki, 1 saylı məktəb 1954-cü ildə istifadəyə verilib. Şəhərin ilk tədris ocağından olan məktəb ikimərtəbəli binada yerləşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 14.10.2026 [22:04]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [21:48]