Superliqa: "Fənərbağça"dan möhtəşəm geridönüş
Bakı, 8 mart, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha 4 oyunu baş tutub.
AZƏRTAC xəbər verir ki, "Fənərbağça" öz meydanında "Samsunspor" üzərində əzmkar qələbə qazanıb - 3:2.
İlk hissədən sonra 1:2 hesabı ilə geridə olan İstanbul təmsilçisi nəticəni öz xeyrinə dəyişə bilib. Əvvəlcə 90-cı dəqiqədə Dorjeles Nene tarazlığı bərpa edib - 2:2. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Sıdıkı Şerif qoyub.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Fənərbağça" 2-ci pillədə qərarlaşıb. "Sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 4 xal geri qalır.
Günün digər matçlarında "Qaziantep" "Fatih Karagümrük"lə, "Konyaspor" "Kasımpaşa" ilə 1:1 hesablı heç-heçə edib, "Rizəspor" isə "Antalyaspor"u üstələyib - 1:0.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
- 29.09.2026 [10:21]
Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]