Suraxanı rayonunda “Təbii fəlakətlər və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Təbii fəlakətlər və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Barxudar Barxudarov qeyd edib ki, Suraxanı rayonunda bir sıra maarifləndirici tədbirlər təşkil edilib. Növbəti belə tədbir isə ətraf mühit və zəlzələlərə həsr olunub.
Tədbirdə mərkəzin baş mühəndisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rauf Muradov, seysmologiya şöbəsinin müdiri, professor Tahir Məmmədli, Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun ölkədaxili layihələr şöbəsinin müdiri Hacı Abdulla məruzə ilə çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.