SURAXANI RAYONUNDA VETERANLARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Müharibə veteranları, məktəblilər, ictimaiyyətin nümayəndələri 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsinə rayonun qəsəbələrində ucaldılmış abidə komplekslərini ziyarət etmiş, gül-çiçək dəstələri qoymuşlar.
Bülbülə qəsəbəsinin eyniadlı şadlıq evində rayon rəhbərliyinin iştirakı ilə Böyük Vətən müharibəsi veteranları üçün bayram süfrəsi açılmışdır.
Rayon veteranlar cəmiyyətinin sədri Xasay Rüstəmov, Qaraçuxur qəsəbə veteranlar şöbəsinin sədri Əlağa Əsgərov və başqaları onlara göstərilən qayğıya görə təşəkkürlərini bildirmiş, xatirələrini danışmışlar.
İcra hakimiyyətinin başçısı İlqar Abbasov ümummilli lider Heydər Əliyevin, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin veteranlara diqqət və qayğısını xüsusi vurğulamışdır. Bildirilmişdir ki, rayonun büdcədənkənar fondundan veteranlar cəmiyyətinin hesabına ehtiyacları ödəmək üçün hər ay 100 AZN məğləğində pul köçürüləcəkdir.
Mərasimdə ədəbi-bədii kompozisiya göstərilmiş, konsert verilmişdir.