Suraxanıda soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]