SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ
Hörmətli cənab Prezident,
Suriya Ərəb Respublikasının milli bayramı - Evakuasiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Suriya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin hərtərəfli genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Suriya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2009-cu il.