Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib
Qahirə, 9 iyul, AZƏRTAC
Avropa İttifaqı Suriyanın Latakiya bölgəsini cənginə alan yanğınların söndürülməsinə dəstək məqsədilə “Copernicus” yer müşahidəsi proqramını aktivləşdirib.
AZƏRTAC SANA xəbər agentliyinə istinadla bildirir ki, Suriyanın fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri Raid əs-Salih Avropa İttifaqından yanğınların söndürülməsinə dəstək istəyib.
Avropa İttifaqının Suriyadakı missiyasının səlahiyyətli rəhbəri Mişel Unmaxt təşkilatın bu istiqamətdə göstərilən səylərə dəstək verməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Avropa İttifaqına məxsus olan “Copernicus” proqramı müxtəlif peyklər vasitəsilə fəlakətlər, iqlim dəyişikliyi, kənd təsərrüfatı və digər sahələrlə bağlı məlumatları emal edir. Toplanan məlumatlar təhlil edilərək faydalı və etibarlı informasiya halına gətirilir.
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]