Suriyada parlament seçkiləri keçirilir
Qahirə, 5 oktyabr, AZƏRTAC
Bu gün Suriyada parlament seçkiləri keçirilir. Bu, 14 il davam edən vətəndaş müharibəsindən və prezident Bəşar Əsədin devrilməsindən sonra ilk parlament seçkiləridir.
AZƏRTAC SANA xəbər agentliyinə istinadla bildirir ki, regional komitələr Xalq Məclisinin 210 üzvünün üçdə ikisini (140 üzv) seçəcək, Prezident Əhməd əl-Şaraa qalan üzvləri təyin edəcək.
Rakka və Hasəkə vilayətlərinin bəzi məntəqələrində səsvermə təxirə salınıb. Suveydada isə bəzi dairələrə namizəd yeri boş qalıb.
Qeyd olunur ki, seçkilərdə 1578 namizəd qeydə alınıb. Onların 14 faizini qadınlar təşkil edir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]