SÜRÜCÜ VƏ BİR SƏRNİŞİN HADİSƏ YERİNDƏ ÖLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Goranboy rayonunun Goran qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Abşeron rayon sakini Anar Vəliyevin və Sumqayıt şəhər sakini Adil Nuriyevin idarə etdikləri “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Adil Nuriyev və sərnişini, Biləsuvar rayon sakini Fariz Hüseynov hadisə yerində ölmüş, digər sürücü və dörd sərnişin xəstəxanaya yerləşdirilmişdir, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı təhqiqat aparılır.