Şuşada döyüş sursatı aşkar edilib
Bakı, 5 iyul, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə partlamamış silah-sursatların aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Şuşa Rayon Polis Şöbəsi əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirdikləri növbəti tədbirlər zamanı Şuşa şəhəri ərazisində müxtəlif növ 30 qumbara, 10 qumbaraatan mərmisi, 30 ədəd UZRQM partladıcısı, müxtəlif çaplı 1441 patron və digər döyüş sursatı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]