Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada qalanan bayram tonqalından ömrümüzə düşən pay

Şuşada qalanan bayram tonqalından ömrümüzə düşən pay

Bakı, 22 mart, AZƏRTAC

Qalib Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin martın 16-da Şuşa şəhərinə səfəri Şuşanın, Qarabağın, ümumilikdə ölkəmizin həyatında daha bir əlamətdar hadisə oldu.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Qənirə Paşayeva bildirib ki, ötən il bu günlər Şuşada saxta seçki havası vardı, Ermənistanın Azərbaycana həddini aşan hədələri vardı, qondarma “parlament”i Şuşaya köçürmək cəhdləri vardı... Gorbagor oldu onların hamısı! 2020-ci illə 2021-ci ilin yazı arasında mövcud fərqi açıq-aydın görürük və bu gün burda qeyd etmək istərdim: 2022-ci ilin yazı daha başqa olacaq! Bu əminliyi bizə verən nədir? Dövlətimizin qüdrəti, düzgün siyasət, dövlət-xalq birliyi, düşmənə vurulmuş ağır zərbə, ümumdünya hadisələri içərisində ölkəmizin özünəxas geopolitik mövqeyi və başqa önəmli məqamlar! Bizə əsas verir ki, gələcəyimizin bu gündən daha yaxşı olacağını söyləyək. Əlbəttə, bu söyləm bizim titanik səylərlə çalışmağımızı inkar etmir. 30 il işğaldan ağır yaralar almış torpağımız, dağıdılmış şəhər-rayonlarımız yenidən tikilməli, qurulmalı, bərpa edilməlidir. Özü də, öncəkindən daha yaxşı, abad və ağıllı şəhərlər, qəsəbə və kəndlər şəklində...

İşğaldan azad edilmiş ərazilərimizdəki sürətli infrastrukturlaşma dediklərimizə sübutdur. Müzəffər Ali Baş Komandan indi də Müzəffər Quruculuq Ustadı, Kamil Abadlıq Memarı sifəti ilə növbəti zəfərlərin astanasındadır.

Bəli, azad edilmiş torpaqlar erməni vəhşiliyinin böyük yaralar almış şahididir. Bu şahidlik o torpaqlara səfər edən xarici diplomatlar, yerli jurnalistlər, QHT başçıları, siyasi partiya liderləri, sənətçilər tərəfindən görünür. Necə deyərlər, bu iş burda bitməyəcək: əsərlər, kitablar, albomlar, filmlər, tədqiqat işləri, hüquqi işləmlər... işğal illərinin ağır izlərini sabahkı nəsillər üçün yaşadacaq. Yaşadacaq ki, bir daha belə hallar olmasın; yaşadacaq ki erməniləri müdafiə edənlər vəhşiliyi, vandalizmi müdafiə etdiklərinin fərqində olsunlar...

“Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb”. Bu sitat dövlətimizin başçısının Şuşa ismarıclarındandır. Bu ismarıclar dağlar qoynundakı şəhərdən, haqlılığın zirvəsindən, qalibiyyətin təntənəsindən verildi. Verildi ki bizim necə bir düşmənə qalib gəldiyimizi dünya idrak etsin. İdrak edib də, özünü idraksız yerinə qoyanlar bəhanəsiz qalsın. Bununla öz sözlərinin kəsərsiz olduğunu görsün bütün erməniyanlılar.

Bir daha gördü ki dövlətimizin başçısının düşünülmüş addımları bir-birini tamamlayır:

-Azərbaycanın multikultural, birgəyaşayışın geniş, unikal imkanlarının mövcud olduğu ölkə imicinin gücləndirilməsi, təbliğ və tərənnüm edilməsi,

-Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi,

-sülhyaratma işinə səmimi töhfələr fonunda, dünya birliyinin təkzibolunmaz, quru faktları görməyə dəvət edilməsi!

Nəinki çağdaş dünyada, orta çağlarda, hətta qədim dünya tarixində Qarabağdakı erməni vəhşiliyinə bənzər vəhşilik bəlkə də olmayıb. Kütləvi şəkildə qəbirləri eşib, ölülərin sümüklərini çıxarmaq, tarixi abidələri ya dağıtmaq ya özününküləşdirmək, yerli əhalini öz tarixi, hüquqi torpaqlarından məcburən qovmaq, soyqırımı törətmək - bunu ermənilərdən savayı daha hansı zehniyyətsizlik edər?! Demək, bütün həqiqətlər bir daha, olduğu kimi, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır: “Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.

Əsas mövzulardan biri: Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq! Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. O yerdə ki, Heydər Əliyev Fondu var, orda zövq var, həssaslıq var, əsl iş var! Şuşa Şuşa kimi Şuşa olacaq! - Bənzərsiz! Əsl Mədəniyyət Paytaxtı! Qafqazın incisi!

Ermənilər Şuşaya 28 il qanunsuz hökm etdi, ancaq Şuşanı Şuşa edə bilmədilər; çünki onların salmadığı, onların yaşamadığı, onların gələcəyi olmayan şəhər onlara sanki otel kimi, yataqxana kimi, turist obyekti kimi gəlirdi... Onlar Şuşanın Şuşalığını anlamadılar, anlaya bilmədilər və qondarma “parlament”i Şuşaya köçürmək istəyində belə saxta idilər, əsassısz idilər, inamsız idilər. Özlərinə inanmayanlar onlara aid olmayan yerlərdə gələcək inşa edə bilməz! - “Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir.” - Prezidentin sözüdür. Şuşa ömrümüzün işığıdır, Şuşaya işıq xətləri çəkilir, yarımstansiya artıq fəaliyyət göstərir, Şuşa dayanıqlı enerji ilə təchiz ediləcək!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi ismarıcları ehtiva edir. Dünya birliyi Azərbaycanın zəngin tarixi irsini silmək üçün 28 il çalışmış işğalçıların törətdiyi vəhşiliyin, dağıntıların miqyasını görməlidir.

Prezidentin səfərləri zamanı verilən ən mühüm ismarıclardan biri budur ki, düşmən buna nail ola bilməyib, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb! Və Azərbaycan bu gün və gələcəkdə istənilən təxribatlara adekvat cavab vermək iqtidarındadır! Prezidentin səfər vaxtı peşəkar hərbi strateq kimi müharibə zamanı aparılmış hərbi əməliyyatların bəzi məqamlarına aydınlıq gətirməsi də təsadüfi deyil. Dövlətimizin başçısı Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistanın özü ilə bağlı kəşfiyyat bilgilərinə malik olduğunu açıq şəkildə bildirib.

“Dəmir Yumruq” yerindədir.

Dövlətimiz var olsun!

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu